Qara qarağatla piroq

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 3 397
Səs ver:
(səs: 1)
Qara qarağatla piroqu bişirmək çox asandır. Piroq yumşaq və yüngül alınır.

Lazım olan məhsullar:

- Un - 1 stəkan
- Qara qarağat - 400 qr
- Qabartma tozu - 1 paket
- Duz - 1 çimdik
- Yumurta - 2 dənə (iri)
- Şəkər tozu - 150 qr
- Kərə yağı - 100 qr
- Süd - 70 qr
- Vanilin - 1 paket
- Şəkər kirşanı ("pudra") - 3 xörək qaşığı

Qara qarağatla piroqun hazırlanması:
1. Un, qabartma tozu və duz qarışdırılır.

2. Yumurta şəkər tozu ilə ayrı qabda 3 dəqiqə ərzində mikserlə yaxşı çalınır.

3. Yumurtalı-şəkərli kütləyə əridilmiş kərə yağı, süd və vanilin əlavə olunur və yenə də eynicinsli kütlə alınana kimi yaxşı qarışdırılır.

4. Qabartma tozu və duzla qarışdırılmış un əlavə olunur və yaxşı çalınır.

5. Formaya perqament kağızı sərilir, xəmir tökülür, hamarlanır.

6. Xəmirin üzərinə qara qarağat qoyulur, üzərinə 1 xörək qaşığı şəkər kirşanı səpilir.

7. Soba əvvəlcədən 180 C kimi qızdırılır və piroq təxminən 45 dəqiqə ərzində bişirilir.

8.
Hazır piroq soyudulur və üzərinə 2 xörək qaşığı şəkər kirşanı səpilir.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri