Ərzaqlar: 0,5 kq kəsmik 1 yumurta 2 st. şəkər tozu 2 ç.q. soda 3 st. un
Bişmiş krem: 4 yumurtanın sarısı 1 st. şəkər tozu 2 x.q. un 3 st. süd
Hazırlanması: Kəsmiyi şəkər tozu və yumurta ilə çalın. Bir qədər saxlayın (suyu çıxacaq). Sonra soda və unu əlavə edib qarışdırın. 6 yerə bölün. Sinini yağlayın, xəmiri içinə qoyub əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə (qızaranadək) bişirin (ayrılıqda 6 korj bişirəcəksiniz).
Krem üçün yumurta sarılarını şəkər tozu ilə çalıb soyuq süd və unu əlavə edin, yaxşıca qarışdırın, vam odda qatılaşanadək qarışdıraraq bişirin. Soyudun.
Korjların arasına krem çəkərək üst-üstə yığın.
Üzərini zövqə görə bəzəyin. Şokolad yonqarı da səpə bilərsiniz.