Semifredo dondurması

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 760
Paylaş:
Səs ver:
(səs: 1)
Tərkibi:
100 ml bal
8 yumurtanın sarısı
600 ml qaymaq (35%-li)
100 q şəkər pudrası (çox şirin xoşlamırsınızsa, azalda bilərsiniz)
1 paket vanil

karamelizə edilmiş qoz-fındıq üçün:
1 st. badam, yaxud qoz, fındıq
100 q qəhvəyi şəkər
2-3 x.q. su

Hazırlanması:
Balı qazana qoyub su hamamında əridin.
Yumurta sarılarını şəkər pudrası ilə su hamamında mikserlə çalın. Bu zaman altdakı qazandakı su qaynamalı, amma içində yumurta sarısı olan qazana bu su dəyməməlidir (ancaq buxarı). Uzun müddət çalmaq lazım gələcək, ən azı, 10 dəqiqə.

Mikseri söndürmədən yumşalmış balı da buraya əlavə edin. Bir müddət də çalın, kütlə bir neçə dəfə həcmcə böyüyəcək.

35% yağlılıqlı qaymağı vanillə qatı köpük alınanadək çalın. Sonra bunu ballı-yumurta sarılı kütləyə taxta qaşıq vasitəsilə əlavə edin.
Dondurmanı plastik formalara doldurub dondurucuya qoyun. Təxminən 10-12 saat saxlayın.

Qoz-fındığı karamelizə etmək üçün: qəhvəyi şəkəri tavaya töküb ocağın üstünə qoyun, badamı, yaxud qozla fındığı əlavə edin. 3 x.q. su tökməyi də unutmayın. Qarışdırın. Qatılaşanda götürün.

Süfrəyə verərkən dondurmanın üstünü karamelizə edilmiş qoz-fındıqla bəzəyin.

Semifredo dondurması

Semifredo dondurması

Semifredo dondurması

Semifredo dondurması

Semifredo dondurması

Semifredo dondurması

Semifredo dondurması

Semifredo dondurması

Semifredo dondurması


Nuş olsun!

loading...
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 760
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
S.Heydarova
Nəsə Bəyənmədim
2 sentyabr 2016 20:30
8
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Offline
lale.veliyeva19
Dondurmanı sevirəm ama özümü bu qədər əziyyətə salmağa dəyməz))hazır almaq daha məqsədəuyğundur mənim fikrimcə
2 sentyabr 2016 17:55
7
Offline
vipbetul
hazir almaq dadli olur

hazir almaq dadli olur
2 sentyabr 2016 17:17
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Kölge
Dondurma sevireeeeeeeeem
2 sentyabr 2016 16:16
5
Her şeye gore şukur
Online
Barbaris
hazir almaqi ustun tuturam
2 sentyabr 2016 13:37
4
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
MODABAZ
Almaqla hazırlamaq eynı qıymete gelır ele almaq daha yaxwıdııı bundan sonrada dondurmaya elvıdaaa gelen ıle qaldııı
2 sentyabr 2016 13:27
3
Heyata daim gulmek lazimdii
Online
YalniZ-ArZu
Almagi ustun tuturam,hazirlamaq uzun ceker.
2 sentyabr 2016 12:26
2
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
BARBI
Dondurmani cox xoslayiram. Leziz gorsenir. Sevdim terkibini
2 sentyabr 2016 11:35
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv