Ərzaqlar: Xəmir üçün: Un – 3 st. Şəkər tozu – 1 st. Xama – 1 st. Çay sodası – 1 ç.q. Sirkə - 1 x.q. Kərə yağı – 2 x.q. Krem üçün: Xama və ya qaymaq – 700 ml. Şəkər tozu – 1 st. Vanilin – 1 paket Şokolad plitəsi – 1 ədəd.
Hazırlanması: Əvvəlcə xəmiri hazırlayaq: Şəkər tozu ilə xamanı ovxalayırıq. Sirkədə söndürülmüş sodanı, kərə yağını və unu əlavə edirik. (Unu tədricən əlavə edirik). Alınmış xəmiri 6 kündəyə bölürük. Kündələri yayırıq və 180 dərəcə isidilmiş sobada qızılı rəng olana kimi bir-bir bişiririk. Hər korj 6-7 dəqiqəyə bişəcək. Şəkər tozu, xama /qaymaq, vanilini yaxşıca çalırıq. Krem hazır! Sonra bişmiş korjları kremləyərək üst-üstə yığırıq. Hər qata da sürtgəcdən keçirilmiş şokolad səpirik. Üzərini giləmeyvələrlə bəzəmək olar. Bir qədər özünü tutandan sonra süfrəyə veririk.