Zebra naxışlı keks

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 4 770
Səs ver:
(səs: 0)
Tərkibi:
4 yumurta
1 su stəkanı şəkər
1 su stəkanı un
1 paket vanil
1 çay qaşığı qabartma tozu
1 yemək qaşığı kakao
2 su stəkanı süd
2 yemək qaşığı un (krem və naxış üçün)
1 yemək qaşığı nişasta
3 yemək qaşığı şəkər (krem üçün)
1 paket vanil (krem üçün)
75 qr. marqarin
1 ədəd banan

Hazırlanması:
Keks xəmirini hazırlamaq üçün dərin bir qabda yalnız yumurta ağlarını köpük halına gələnə qədər çırpın.
Qabın içinə şəkəri əlavə edin və çırpmağa davam edin.
Yumurta sarılarını əlavə edib çırpın.
Un, vanil və qabartma tozunu da əlavə edib yaxşıca çırpın.
Keks xəmirindən 4 yemək qaşığı alıb kiçik bir kasaya ayırın.
Ayırdığınız kiçik kasaya 1 yemək qaşığı unu əlavə edib yaxşıca çırpın.
Böyük keks xəmirinə isə kakaonu əlavə edib çırpın.
Kiçik kasadakı sadə xəmiri krem sıxacağına doldurun və yağlı kağız sərdiyiniz nimçəyə təsadüfi zürafə naxışları vurun.
Daha sonra kakaolu keks xəmirini nimçəyə töküb qaşıqla yayın.
Əvvəldən 190 dərəcəyə nizamlayıb istilətdiyiniz sobada 10 dəqiqə keksi bişirin.
Kremi hazırlamaq üçün bir qazana süd, 1 yemək qaşığı un, nişasta, şəkər, vanil və marqarini qoyun və qarışdıraraq bişirin.
Krem konsistensiya olandan sonra altını söndürün və mikserlə çırpın.
Pandispanyanın üzərinə kremi töküb spatula köməyi ilə yaxşıca yayın.
Bananı soyub ikiyə bölün.
Keksin uc qisiminə iki parça bananı yan-yana qoyun.
Rulo şəklində bükün.
Eninə kəsərək servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 770
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri