Limonlu,vişnəli rəvani

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 1 672
Səs ver:
(səs: 0)
Tərkibi:
3 ədəd ortaboy yumurta
1 su stəkanı toz şəkər
1 su stəkanı qatıq
1 su stəkanı duru yağ
1 su stəkanı manna yarması
1 qəhvə fincanı un
1 çay qaşığı qabartma tozu
1 paket vanil
1 limonun rəndələnilmiş qabığı
10 - 15 ədəd vişnə (tumları çıxardılmış)

Şərbət üçün:
2 su stəkanı su
2 su stəkanı toz şəkər
1 limonun suyu

Hazırlanması:
Çırpma qabına yumurtaları qırıb toz şəkər ilə birgə çırpın. Çırpma əməliyyatı şəkər əriyənə qədər 4-5 dəqiqə qədər davam edəcək.

Sırası ilə əvvəl maye yağ, sonra qatıq, manna yarması, un və qabartma tozunu da əlavə edib çırpmağa davam edin.

Limon qabığı və vanili də əlavə edib 2-3 dəqiqə daha çırpın. Həmişə eyni istiqamətə doğru çırpmağa diqqət edin.

Qarışığınızı, bişirəcəyiniz yağlanılmış qabınıza boşaldıb, üzərinə vişnələri düzün. Əvvəldən isidilmiş 170 dərəcə sobada alt - üst qızarana qədər bişirin.

İlk 30 - 35 dəqiqə sobanın qapağını açmayın. Diş qurdalayan testi ilə bişib bişmədiyini anlaya bilərsiniz. Dişqurdalayanı xəmirinizə batırdığınızda diş qurdalayan təmiz çıxırsa xəmiriniz bişmiş deməkdir.

Bu vaxt bir tərəfdən də şərbət üçün su və şəkəri bir qazana qoyub şəkər əriyənə qədər qarışdırın və qaynamağa buraxın.

Şərbətinizə limon suyunu əlavə edib bir daşam daha qaynadın və qazın üzərindən alın.

Sobadan çıxardığınız rəvanıya şərbətinizi tökmədən əvvəl, xəmir ilıq olmalı.Çəngəli rəvanının bir neçə yerinə batırdıqdan sonra şərbətinizi gəzdirərək tökün.

Üzərinə hindqozu və toz püstə səpib servis edin. Unutmayın, şərbətli şirinlər də zeytun yağlılar kimi bir gecə gözlədikdən sonra çox daha ləzzətli olur.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 672
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri