Şokoladlı puding

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 4 882
Səs ver:
(səs: 0)
Tərkibi:
1 litr süd,
Yarım qutu krem, ( 100 ml )
3 yemək qaşığı kakao, ( təpələmə )
3 yemək qaşığı un, ( təpələmə )
2 yemək qaşığı nişasta, ( təpələmə )
1 su stəkanı toz şəkər,
1 paket vanil,
80 qr bitter şokolad. ( kvadrat 1 paket şokolad )

Hazırlanması:

Süd qazan içərisinə alınar.
Üzərinə kakao, toz şəkər, un və nişasta əlavə edilib qarışdırılar.
Orta odda qarışdıraraq konsistensiya alana qədər bişirilər.
Üzəri göz-göz olunca qazın üzərindən alınar və krem, şokolad və vanil əlavə edilib yaxşıca qarışdırılar.
Dibinin tutmaması üçün arada qarışdıraraq bir az ilıq olması təmin edilər.
Əgər vaxtınız yoxsa mikser ilə 5 dəqiqə qədər çırpıla bilər.
Ardından servis kasalarına paylaşdırılar və buzxanaya qoyular.
Yaxşıca soyuyub hazır olan şokoladlı pudinq, seçimə görə bəzənərək servisə təqdim edilə bilər.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 882
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri