Almalı ravioli

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 2 289
Səs ver:
(səs: 0)
Əslində, raviolidən burada qalan təkcə adıdır. Qalanı italyan xanımların fantaziyasının məhsuludur.

Tərkibi (6 pay):

xəmir:
400 q un
8 x.q. şəkər tozu
6 x.q. bitki yağı
3 yumurta
8 x.q. süd
1 ç.q. qabartma tozu
1 ç.q. vanilli şəkər tozu
1 çimdik duz

iç:
3 alma
50 q şəkər tozu
0,5 ç.q. darçın
50 q şokolad
1 l yağ (fritür üçün)
üzərinə çəkməyə yumurta

Hazırlanması:
Yumurta, süd, bitki yağı, vanilli və adi şəkər tozunu çalın.
Bir qabda un, duz, qabartma tozunu qarışdırın, sonra maye kütləni əlavə edib yoğurun. Xəmir yumşaq alınmalıdır. Xeyli yoğurmaq gərəkdir. Plyonkaya büküb 30 dəqiqə saxlayın.

Almaları təmizləyib xırda doğrayın, qazançaya yığıb şəkər tozu əlavə edin, vam odda yumşalınca bişirin. Sonda darçın əlavə edin, ocaqdan götürün. Azca soyutduqdan sonra xırda doğranmış şokolad əlavə edib qarışdırın.

Xəmiri iki yerə bölün. Birini 3 mm qalınlıqda, 7 sm enində uzun şərid kimi yayın. Sonra bu şəridi eni 3 sm olan parçalara bölün. Hər birinin ortasına azca iç qoyun, kənarlarına yumurta çəkib yapışdırın (üst-üstə qoyub bəzəkli, yaxud adi bıçaqla kəsəndə də yapışır). İkinci xəmiri də eyni qaydada hazırlayın.

Bitki yağını 160 dərəcə qızdırın. Raviolilərin hər üzünü 2 dəqiqə qızardıb çıxarın. Soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.

Almalı ravioli

















Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 289
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri