Heyva keksinin asan hazırlanma qaydası

Müəllif: Narın Yağış
Şərhlər: 14
Baxılıb: 3 655
Səs ver:
(səs: 2)
Lazım olan ərzaqlar:
200 qr. yumşaq marqarin
1 su stəkanı pudra şəkəri
5 yumurta
1 paket qabartma tozu
1 paket buğda nişastası
1 su stəkanı un
2 orta boy dilimlənmiş heyva (az şəkərdə bişmiş)
1 qəhvə fincanı pudra şəkəri (bəzəməyi üçün)

Hazırlanması:
200 qr otaq istiliyindəki marqarin ilə bir su stəkanı pudra şəkəri çırpın. Sonra 5 yumurtanı tək-tək içinə əlavə edin. Çırpmağa davam etdiyiniz bu qarışıma qabartma tozu, buğda nişastası və un əlavə edin. Bu qarışımı yağlanmış bir qaba tökün. Üzərinə az şəkər ilə bişmiş heyva dilimlərini düzün. Əvvəldən isitdiyiniz sobada 175 dərəcədə təxminən 45 dəqiqə bişirin. Keks soyuyandan sonra pudra şəkəri səpin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 3 655
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri