"Unudulmuş çanta" peçenyeləri

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 1 706
Səs ver:
(səs: 0)
Tərkibi:
70 q kərə yağı
50 q şəkər pudrası
150 q un
1 x.q. qabartma tozu
1 yumurta
2-3 x.q. giləmeyvəli konfitür

Hazırlanması:
Yağı şəkər pudrası ilə yaxşıca qarışdırın. İçinə bir yumurta qırın. Un (yumurtanın böyüklüyündən asılı olaraq bir qədər çox tələb oluna bilər) və qabartma tozu əlavə edin. Xəmir yoğurun, üstünü qida plyonkası ilə örtün, soyuducuda 1 saat saxlayın. Un səpilmiş masanın üstündə xəmiri yayın. Orta ölçülü dairələr kəsin. Dairələri içinə perqament döşənmiş siniyə düzün. Bir başından azca şərid saxlamaqla yarımdairə kəsin. Bütöv tərəfə bir az konfitür qoyun. Kəsdiyiniz tərəfi üstünə qatlayın. Qıraqlarını yüngülcə basıb yaxşıca yapışdırın. 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.


"Unudulmuş çanta" peçenyeləri

















Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 706
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri