Günəbaxan tumu ilə alma piroqu

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 2 635
Səs ver:
(səs: 0)
Tərkibi (6 pay):
230-250 q un
200 q kərə yağı
150 q şəkər tozu
3 yumurta
100 q xama
250 q turşməzə, bərk alma (təmizlənmiş)
1 x.q. limon şirəsi
1 ç.q. qabartma tozu (yaxud soda)
100 q təmizlənmiş günəbaxan tumu
40 q süd
1 çimdik duz

Hazırlanması:
Almanı təmizləyib qabığını soyub kubik doğrayandan sonra üzərinə limon şirəsi gəzdirin ki, qaralmasın.
Tumları quru tavada qızılı rəng alanadək qovurun.
Tavaya 20 q yağ qoyun, süd tökün, 70 q şəkər tozu (4 x.q.) əlavə edin, ocağın üstünə qoyun. Qaynara düşüb rəngi qızılıya çalanda tumları töküb qarışdırın.
Formanın içinə perqament döşəyin. Karamelizə edilmiş tumları üzərinə bərabər yayın.
İkinci lay almadır, bərabər yayın.
Xəmir: 180 q otaq temperaturunda olan yağı mikserlə təxminən 1,5 dəqiqə möhkəm çalın. Yumurtaları bir-bir əlavə edin. Hər birindən sonra 1 dəqiqə çalın. Qalan 80 q şəkər tozunu da əlavə edib çalın.
Xama, duz, unla qarışdırılmış qabartma tozunu əlavə edib qaşıqla səliqəylə qarışdırın.
Xəmir çox yumşaq alınmalıdır. Onu almaların üzərinə tökün. Sonra formanı saat əqrəbi istiqamətində sürətlə bir neçə dəfə fırladın ki, xəmir daha çox kənarlara yayılıb ortasında çala əmələ gəlsin. Bu halda bişəndən sonra piroqun üzəri hamar olacaq.
180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Soyudun.
Əgər piroqun ortası hündür alınıbsa (alma olmayan hissəsi, onu bıçaqla kəsib hamarlayın).
Soyumuş piroqu qaba tərs çevirib perqamenti çıxarın. Əgər tumlar kağızın üzərində qalıbsa, bıçağın köməyilə qoparıb piroqun üstünə qoyun.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 635
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri