Espressolu keks

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 1 958
Səs ver:
(səs: 0)
Tərkibi:
1 yemək qaşığı hazır qəhvə (15 ml)
1 yemək qaşığı qaynar su
2 yemək qaşığı kərə yağı (40 qr)
2 yemək qaşığı əsmər şəkər (40 qr)
1 yumurta
1 qəhvə fincanı un (50 qr)
½ çay qaşığı qabartma tozu
1 yemək qaşığı krem (15 ml),
4 top Qaymaqlı dondurma

Hazırlanması:
Qəhvəni qaynar suda əridin və soyumağa buraxın.
Qarışdırma qabına kərəyağı və şəkəri qoyub qarışdırın.
Yumurta və qabartma tozunu əlavə edin.
Yavaş - yavaş unu əlavə edin və metal bir qaşıqla qarışdırın.
Krem və ərimiş qəhvəni də əlavə edib yaxşıca qarışmasını təmin edin.
4 ədəd qalın espresso fincanını və ya soba qabını yağlayın.
Hazırladığınız qarışığı paylaşdırın.
Dərincə bir soba nimçəsinə fincanları düzün. 1/3-i suda qalacaq şəkildə isti su doldurun.
Əvvəldən 180 dərəcədə istilətdiyiniz sobanızda 40 dəqiqə bişirin.
İçinə saldığınız dişqurdalayan quru çıxırsa kekslərinizin bişdiyini anlaya bilərsiniz.
Dişqurdalayan yaş çıxırsa və üstləri çox qızardısa fincanları folyo ilə örtüb bişirməyə davam edin.
Keksləri sobadan çıxardıqdan sonra 2-3 dəqiqə soyumağa alın.
Üzərlərinə bir top qaymaqlı dondurma qoyun.
İstəyinizə bağlı olaraq şokoladlı sous ilə bəzəyə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 958
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri