"Krepvil" Tortu

Müəllif: NoName
Şərhlər: 11
Baxılıb: 2799
Paylaş:
Səs ver:
(səs: 0)
Tərkibi:

Xəmir (d=22 sm olan korjlar üçün):
80 q kərə yağı
100 q şəkər tozu
2 yumurta
300 ml süd
1/2 ç.q. qabartma tozu
800-900 q un

krem:
650 ml süd
1 budaq vanil
3 yumurta
4 x.q. nişasta
1 banka bişmiş qatılaşdırılmış süd
120 q otaq temperaturunda yağ

Korj:
Otaq temperaturunda kərə yağını şəkər tozu ilə çalın. Yumurtaları əlavə edib çalın. Süd qatıb qarışdırın. Unun bir hissəsini qabartma tozu ilə ələyib qatın. Sonra tədricən unun qalanını əlavə edib xəmir hazırlayın. Xəmir yumşaq olmalı, amma ələ yapışmamalıdır. Üzərini örtüb isti yerdə yarım saat saxlayın (bu müddətdə kremi hazırlamaq olar).
Sobanı 170 dərəcə qızdırın.
Xəmiri yuvarlayıb kolbasa formasına salın. Sonra 20 bərabər hissəyə bölün.

Hər birini 22 sm diametrində yayın. Belə etmək olar: silikon sinidə yayın, sonra kənarı açılan formanın elə kənarıyla da (22 sm diametrli) kəsin. Amma qıraqlarını götürməyin, onlar da korjla birlikdə bişsinlər, tortun üzərinə səpmək üçün əladır. Bir korj bişən müddətdə digərini yayıb hazırlayın. Çünki 1 korj 4-5 dəqiqəyə bişir.
Yaxşı olar ki, kremi əvvəlcədən hazırlayıb korjların üstünə isti-isti yaxasınız. Bu zaman korjlar quruyub əyilmir, tort da hamar və səliqəli alınır.
Krem. Bişmiş qatılaşdırılmış süd yoxdursa, adi qatılaşdırılmış südü qazanda soyuq suya qoyun. Vam odda 2 saat bişirin. Diqqət edin ki, su buxarlanıb bankanın aşağısına enməsin, lazım gələrsə, qaynar su əlavə edin (yoxsa partlaya bilər).
Tavaya süd tökün, vanilin budağını ortadan bölüb dənələrini südə qatın. Ocağın üstünə qoyun. Süd qızan müddətdə başqa qabda yumurta ilə nişastanı ağarıb həcmi artınca çalın. Çalmağı dayandırmadan qaynar südü əlavə edib bir qədər də çalın. Sonra ocağın üzərinə qaytarıb qatılaşanadək qarışdıraraq bişirin. Çalışın, lopa qalmasın. Əgər lopa əmələ gələrsə, kremi ələkdən keçirin. Soyudun. Kərə yağını bişmiş qatılaşmış südlə çalın. Ərzaq otaq temperaturunda olmalıdır. Bişmiş kremi də əlavə edin, yenidən çalın.
Hər korjun üzərinə bol-bol krem çəkin (tortun üzəri və kənarı üçün də krem saxlayın), üst-üstə düzün. Korjların kənarında qalan artıqları xırdalayın. Sonra isə tortun üzərinə səpin. Tortu bir gecə soyuducuda saxlayın.

Nuş olsun!

loading...
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 2799
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Dilaycan
Dadli torta benzeyir...
29 oktyabr 2016 18:16
11
Sənin səssizliyini anlamayan, yəqin ki sənin sözlərini də anlaya bilməyəcək... Demək istədiyim, yorma özünü..
Offline
Barbaris
Sitat: _Gülər_üzlü_
Napalronu daha çox sevirəmnyamolsa yeyərdim:))
25 sentyabr 2016 07:58
10
Tərs damarım tutmadığı müddətcə super biriyəm! tavsan
Offline
son bahar
terkibi beyendim her defe ferqli reseptlerle ferqli torlar biwirmeyi sevirem resepti goturdum biwirib dadina baxacam
25 sentyabr 2016 00:52
9
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Offline
S.Heydarova
Tərkibini bəyəndim
24 sentyabr 2016 19:53
8
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Offline
yarpaq33
Yuxalari coxdu vaxt aparan tortdu ama inaniramki dadli olacaq mutleq hazirlayacam
24 sentyabr 2016 19:01
7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Onun_Mələyi
Napalronu daha çox sevirəmnyamolsa yeyərdim:))
24 sentyabr 2016 16:45
6
"Sən tərgidə bilmədiyim ən gözəl vərdişimsən...heartuww
Offline
MODABAZ
Bu tortuuu yemıwemm cooox dadlı olur
24 sentyabr 2016 14:50
5
Heyata daim gulmek lazimdii
Offline
vipbetul
qesengdi dadli olar
24 sentyabr 2016 14:14
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Kölge
Gorunuşunu beyendim....dadi da yaxşi olar yeqin
24 sentyabr 2016 14:12
3
Her şeye gore şukur
Online
YalniZ-ArZu
Yuxa tortu deyirik biz buna.Resept deqiq yadimda deyil,amma bawqa reseptle biwirir anam bu tortu.Burda kenari acilan qabda biwirmek usulun yazib,amma biz biwirende elece listi ceviririk ve listin arxasinda biwiririk.Icinde yox.cox dadli tort alinir.
Reseptcun twk.
24 sentyabr 2016 14:10
2
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
BARBI
Hazirlanmasi cetindir.Beyenmedim terkibini
24 sentyabr 2016 13:34
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv