Biskotti

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 1 873
Səs ver:
(səs: 0)
Biskotti – ev şəraitində hazırlanması çətin olmayan italyan şirniyyatıdır. Biskottinin xəmirini baton formasında hazırlayıb sobada bişirirlər, sonra kiçik hissələr bölüb bir daha bişirirlər. Elə ,,Biskotti,, sözünün mənası da ,, iki dəfə bişirilən peçenye,, demeəkdir. Tərkibinə müxtəlif quru meyvələr əlavə etmək olar. Son zamanlar xəmirin tərkibinə şokolad da əlavə edirlər və bişdikdən sonra da əridilmiş şokolada bulayırlar.Bu üsulla hazırlanmış biskottini 2-3 ay saxlamaq olar.

Ərzaqlar:
Un -250 qr
Qabartma tozu – 10 qr
Yumurta- 2-3 ədəd
Şəkər – 100 qr
Badam – 100 qr
Kuraqa (ərik qurusu) – 100 qr
Kişmiş – 100 qr

Hazırlanması:
Yumurta və şəkəri ağarıb köpüklənənə qədər yaxşıca çalın. Un hissə hissə əlavə edilir və hər dəfə yaxşıca qarışdırılır. Xırdalanmış kişmiş, kuraqa və badam da əlavə olunur və qarışdırılır. Xəmiri kiçik batonlar şəklində yayın və soba nimçəsinə kiçik aralarla düzün. 30 dəqiqə ərzində çəhrayı olana qədər bişirin. Sobadan çıxarıb 10 dəqiqə soyumasını gözləyin. Sonra 1 sm enində hissələrə bölün və soba nimçəsinə qoyub daha 10 dəqiqə bişirin. Soyuduqdan sonra əridilmiş şokolada batıra bilərsiniz.

Biskotti







Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 873
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri