Şokoladlı-portağallı keks resepti

Müəllif: Totu
Şərhlər: 4
Baxılıb: 3 644
Səs ver:
(səs: 0)
Tərkibi:
● Şirə (portağal) - 2 ədəd
● Duz (dəniz) - zövqə görə
● Un (buğda) - 350 qr.
● Yumurta (toyuq) - 4 ədəd
● Rəndələnmiş qabıq (portağal) - 1 x.q.
● Yağ (kərə) - 100 qr.
● Şokolad (qara) - 100 qr.
● Vanil - zövqə görə
● Toz (qabartma) - 2 ç.q.
● Şəkər tozu - 150 qr.
● Xama - 200 qr.

Portağal şərbəti üçün:
● Şirə (portağal) - 3 ədəd
● Şəkər tozu - 2 ç.q.

Hazırlanması:
1) Yumurtanın sarısını ağından ayırın. Yumurtanın sarısını şəkər tozu ilə əzin, yumşaldılmış kərə yağını və qabardıcını əlavə edin. Yumurtanın ağını bir çimdik duzla qabarıq köpük olana kimi çalın. Unu yumurta sarısı kütləsi və çalınmış yumurta ağı ilə qarışdırın. Rəndələnmiş portağal qabığı əlavə edin.
2) Vanil əlavə edin və diqqətlə xəmiri qarışdırın.
3) Bıcaqla şokoladı xırda doğrayın.
4) SOBAnı 180 dərəcə qızdırın. Aram-aram portağal şirəsini əlavə edin, şokolad və xamanı da tökün. Xəmiri ehtiyyatla qarışdırın və yağlanmış keks formasına tökün.
5) Bu vaxt ərzində portağal şirəsini hazırlayın. Balaca qazana şəkər tozu, portağal şirəsi və 3-4 x.q. su tökün və qaynadın, ocaqdan götürün. Soyudun.
6) Keksi SOBAdan götürün, azca soyudun və formadan çıxarın. Sonra tam soyudun. Keksə bir neçə dəliklər açın və şirə ilə isladın. Falqa ilə yaxşıca örtün və bir gecə saxlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 644
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri