Baunti tortu resepti

Müəllif: Totu
Şərhlər: 7
Baxılıb: 4 940
Səs ver:
(səs: 0)
Tərkibi:
xəmir:
80 q un
3 yumurta
120 q şəkər tozu
20 q kakao
1/2 ç. q. qabartma tozu
250-300 ml qaymaq (10%-li, korjlara hopdurmaq üçün)

iç:
150 q kokos yonqarı
100 q kərə yağı
100 q şəkər tozu
230 ml süd

qlazur:
160 ml süd
3 x.q. şəkər tozu
2 x.q. kakao
60 q kərə yağı

Hazırlanması:
Biskvit: 3 yumurtanı şəkər tozu ilə ağarıb həcmi artınca çalın (mikserlə 10 dəqiqə).
Un, kakao və qabartma tozunu ayrı qabda yaxşıca qarışdırın. Az-az çalınmış yumurtalara əlavə edərək qaşıqla altdan-yuxarı olmaqla qarışdırın.
22 sm diametrli formanı kərə yağı ilə yağlayın. Xəmiri töküb hamarlayın. Əvvəlcədən 180-190 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin (sobalar fərqli olduğundan bişmə sürəyi dəyişə bilər). Hazır olub-olmadığını taxta çöplə yoxlayın.

Biskvit soyuyanadək içi hazırlayın.
Qazançaya süd töküb kərə yağı ilə şəkər tozunu əlavə edin. Orta itilikli odda kərə yağı əriyənədək qarışdırın. Yağ əriyəndə kokos yonqarını əlavə edib qarışdırın. İki dəqiqə sonra kütlə qaynayacaq. Onu qarışdıraraq qatılaşanacan bişirin. Sonra ocaqdan götürüb soyudun.

Soyumuş biskviti ortadan bölün.

Bir korja bol-bol qaymaq çəkib hopdurun.

Üzərinə kokoslu qarışığı qoyub hamarlayın.

Digər korja da qaymaq hopdurun və bu qaymaq hopdurduğunuz tərəfi aşağı olmaqla kokoslu layın üzərinə qoyun. Azca üstündən basın.

Qlazur: Qazançaya süd, kakao, şəkər tozu və kərə yağı qoyun. Ocağın üzərində 2-3 dəqiqə qarışdırın, qatılaşanda götürün. İsti qlazuru tortun üzərinə çəkib hamarlayın. Soyuducuda 4-5 saat saxlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri