Kokoslu peçenye resepti

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 931
Səs ver:
(səs: 0)
Tərkibi:
130 qram kərə yağı – otaq hərarətində yumşaldılmış
160 qram şəkər tozu (stəkanın 3/4-ü)
2 yumurta
100 qram un (stəkanın 2/3-ü)
200 qram kokos yonqarı

Hazırlanması:
Əvvəlcə kərə yağını şəkər tozu ilə bir neçə dəqiqə mikserlə çalın.
Ayrı qabda yumurtaları rəngi bir az açılanadək bir neçə dəqiqə çalın.
Yumurtanı yağlı kütləyə əlavə edib qarışdırın.
Unu və kokos yonqarını da buraya əlavə edib əlinizlə xəmir yoğurun.
Xəmir yumşaq olub bir qədər ələ yapışmalıdır. Xəmiri kündələyib və üstünü örtüb 30 dəqiqəlik soyuducuya qoyun.
Sobanı 350Cdək qızdırın. 2 iri listin üstünə perqament kağızı sərin (mən silikon örtüdən istifadə edirəm). Soyuducudan çıxartdığınız xəmirdən 25 ədəd qoz boyda parça qopardıb əlinizlə yumrulayın. Listlərə bir-birindən aralı olmaq şərtilə düzün.
Peçenyeləri 20 dəqiqə, yaxud kənarları bir qədər qızarıb üstləri çox az qızaranadək bişirin.
Peçenyeləri sobadan çıxardıb listdə soyudun (isti peçenyelər kövrək olduğuna görə soyumaları mütləqdir).
Soyumuş peçenyeləri qaba düzüb süfrəyə verin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 931
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri