Kakaolu tort resepti

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 15 108
Səs ver:
(səs: 1)
Tərkibi:
Biskvit üçün:
Un 2 skt.
5 yumurta
1 stəkan şəkər tozu
3 x.q. kakao
1 paket qabartma tozu

Krem üçün:

Qatılaşdırılmış süd 400q
Qaymaq (30-33% yağlı) 0,5l

Hazırlanması:

Yumurtanın ağını 1/2 stəkan şəkər tozu ilə 'köpük' halına gələnə kimi çalın. Yumurtanın sarısını qalan şəkər tozu ilə çalın. Un, kakao və qabartma tozunu birləşdirib, yumurtanın ağı və sarısı ilə qarışdırın. Xəmiri öncədən yağlanmış bişirmə formasına tökun. Sobanızı 180 dərəcəyə qədər qızdırıb, 15 dəqiqə ərzində biskviti bişirin. Hazır biskvit soyuyandan sonra onu 2 hissəyə(alt,üst) ayırın. Kremi hazırlamaq üçün qaymağı mikser vasitəsi ilə çalıb, yavaşca qatılaşdırılmış südü əlavə edin. Krem qatilaşana kimi çalmağa davam edin. Hazır kremi biskvit hissələrin üzərinə yaxıb, hissələri bir birinin üzətinə yerləşdirərək tortu formalaşdırın. Üst hissəyə kakao tozu səpin. Kremin qalan hissəsini qənnadi şprisə yerləşdirib, quzunun yununu və gözlərini formalaşdırın. Tortumuz hazırdı! :) Hazır tortu bir neçə saatlıq soyuducuya qoyun.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 15 108
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri