Şokoladlı Madlen keksləri resepti

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 705
Səs ver:
(səs: 0)
Tərkibi:
Kərə yağı 1/2 stk.
Yumurta 3 ədəd
Şəkər tozu 1/2 stk.
Un 115q
Kakao 3 x.q.
Qabartma tozu 1/2 ç.q.
Vanilin şəkəri 1 ç.q.
İçlik üçün: Şokolad 60q
Qaymaq (30-33% yağlı) 60 ml

Hazırlanması:

Yumurtaları şəkər tozu ilə birləşdirib, mikers vasitəsi ilə yüksək sürətdə 3-5 dəqiqə ərzində çalmağa başlayın. Un, qabartma tozu və kakaonu birləşdirib, yavaşca qarışdırın. Yumurtalı qarışımı kakaolu qarışım ilə birləşdirin. Əridilmiş kərə yağını birləşdirdiyiniz qarışıma(yumurtalı və kakaolu) əlavə edin. Kütləni mikser vasitəsi ilə aşağı sürətdə 2-3 dəqiqə ərzində çalmağa davam edin.
İçlik üçün krem hazırlayaq. Şokoladı kvadrat hissələrı ayırıb, qaynar qaymağən içinə qoyub, yaxşıca qarışdırın. " Madlen" keksləri üçün formaları yağlayın. Formaya 1 x.q. xəmir yerləşdirin. Daha sonra xəmirin üzərinə 1 ç.q. hazırladığınız şokoladlı kremi yerləşdirin. Kremin üzərinə yenidən 1 x.q. xəmiri yerləşdirin. Sobanızı 200 dərəcəyə qədər isidib, " Madlen" kekslərinizi 10-12 dəqiqə ərzində bişirə bilərsiniz. Hazır keksərin üzərinə şokoladlı kremin qalan hissəsi ilə bəzək verə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 705
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri