Kəsmikli tort

Müəllif: Pure Love
Şərhlər: 10
Baxılıb: 4 163
Səs ver:
(səs: 0)
Tərkibi:
250 q kəsmik
200 q qaymaq
100 q şəkər tozu
1 ç.q. qabartma tozu
100 q şəkər pudrası
80 q un
40 ml su
20 q jelatin
4 ç.q. kakao tozu
2 x.q. bitki yağı
1 yumurta
250 q gilənar konservi
100 ml xama

Hazırlanması:
Biskvit: Yumurta ilə şəkər tozunu möhkəm çalın. Bitki yağı ilə qaymağı əlavə edin. Yenidən çalın. Unu kakao və qabartma tozu ilə qarışdırın, sonra hissə-hissə yumurtalı qarışığa əlavə edin. Eynicinsli kütlə alınanadək qarışdırın.

Xəmiri yağlanmış formaya tökün (amma hündürlüyü 3 sm-i keçməsin). 190 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Biskviti soyudun.

Krem: Jelatini suda isladıb 15-20 dəqiqə saxlayın. Kəsmiyi ələkdən keçirin. Qaymaq, vanil və şəkər pudrası qatın, mikserlə çalın. Şişmiş jelatini su hamamında qızdırıb kremə əlavə edin. Biskviti tərəfi 2 sm olan kublara doğrayın. İri kasaya yığıb üzərinə konservləşdirilmiş gilənarın suyunu tökün.

Kənarı açılan formanın dibi ilə kənarlarına qida plyonkası çəkin. Bir neçə qaşıq krem tökün, formanın içində bərabər yayın. Biskvitin üçdə birini, sonra gilənarın üçdə birini düzün, üzərinə krem çəkin. Proseduru iki dəfə təkrarlayın. Kremin qalanını üzərinə çəkin, hamarlayın. Tortun üzərinə plyonka çəkib soyuducuda 5-6 saat saxlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 4 163
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri