Ərikli səbətlər- foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 11
Baxılıb: 2 987
Səs ver:
(səs: 1)
Ərzaqlar:
Xəmir üçün:
100 qr yağ
165 qr un
1 ədəd yumurta sarısı
65 qr şəkər kirşanı
65 qr badam
Vanil ekstrakti
250 qr ərik konservi
200 qr ərik cemi (sürtgəcdən keçirilmiş)
100 qr şəkər
3 ədəd yumurta sarısı
3 qr aqar (olmasa jelatin, 2 dəfə çox)
60 qr su

Hazırlanması:

Badamları qovurub qabığını təmizləyib xırdalayırıq.
Xəmir üçün yumşalmış yağı şəkər kirşanı və yumurta sarısı ilə qarışdırırıq. Sonra xırdalanmış badam və unu əlavə edib xəmir yoğururuq.
2-3 mm nazikliyində yayıb bir az soyuducuda saxlayırıq. Sonra formalara qoyub 200C dərəcə qızdırılmış sobada təxminən 12 dəqiqə qızılı rəng olana qədər bişiririk. Qabarıb forması itməməsi üçün iki üç yerdən iynə ilə deşirik.
Aqarı 2 saat soyuq suda gözlədirik. Cemi qızdırıb sürtgəcdən keçiririk. Ərikləri bir qaba qoyuruq ki, suyunu süzsün.
Böyük bir qabda yumurta ağlarını, ilıq cemi vəşəkəri ağarana mikserin yüksək sürəti ilə çalırıq. Alınmış məhlul ağ və qatı olmalıdır. Aqara qaynara düşənə qədər qızdırırıq və yaxşı-yxşı qarışdıraraq çaldığımız qarışıma əlavə edirik . Qarışdıran kimi qida torbasına töküb içərisinə ərik qoyulmuş səbətlərin üzərinə çəkirik.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 987
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri