Mayalı qat-qat xəmir - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 16 567
Səs ver:
(səs: 1)
Sizlərlə zərif, xırt-xırt, daldlı mayalı qat-qat xəmirin reseptini bölüşmək istəyirəm. İçlik üçün zövqünüzə görə hər şey istifadə edə bilərsiniz. Xəmirin hazırlanması çox asandır və onu donduraraq lazım olan istifadə edə bilərsiniz.

Ərzaqlar:

Un – 3 st (250 ml-lik stəkan)
Kərə yağı – 200 qr
Duz – 1 ç/q
Şəkər – 3 ç/q
Maya _ 7 q
Ilıq su – 85 ml
Ilıq süd – 120-135 ml
Yumurta- 1 ədəd

Hazırlanması:
Suya 1 ç/q şəkər ilə mayanı əlavə edib qarışdırırıq və 15 dəqiqə acıyıb qalxması üçün isti yerə qoyuruq.
Unu ələyib duz və qalan şəkər ilə qarışdırırıq və üzərinə yağı hissə-hissə doğrayıb əlavə edirik və ya sürtgəcdən keçirərək əlavə edirik. Bıçaq ilə döyürük.
Acıyıb qalxan mayanın üzərinə yumurta və süd əlavə edib yaxşıca qarışdırırıq. Umac kimi etdiyimiz unu bir yerə toplayıb ortasına dəlik açırıq və mayalı qarışımı əlavə edirik. Yumşaq xəmir yoğururuq (lazım gələrsə su və ya un əlavə edirik). Xəmiri kuloka büküb 1.5-2 saat soyuducuda saxlayırıq. Və sonra istifadə edirik.
Dondurmaq üçün xəmiri yayıb iki –üç qat üst-üstə yığıb kuloka büküb dondurusuya qoyuruq və lazım olan çıxarıb işlədirik.

Mayalı qat-qat xəmir - foto resept















Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 16 567
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri