Portağallı yaş keks

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 5 368
Səs ver:
(səs: 0)
Tərkibi:
- 3 ədəd yumurta
- 7 xörək qaşığı şəkər tozu
- 1 ədəd portağalın suyu və qabıqları
- 8 xörək qaşığı un
- 1 paket qabartma tozu

Siropu üçün:

- 2 portağalın suyu
- 1 portağalın qabıqları
- 3 xörək qaşığı şəkər tozu

Hazırlanması:
Əvvəlcə yumurtaları, şəkər tozunu 5 dəqiqə mikserlə qarışdırın. Sonra portağal qabığı rəndəsini, unu və qabartma tozunu ələyərək qarışığa əlavə edin, yüngülcə qarışdırın.
Qarışığı keks qəlibini yağladıqdan sonra töküb əvvəldən 175 C nizamlanmış sobada 30-40 dəqiqəyə qədər bişirin.

Bişən keks bir az soyuduqdan sonra qəlibdən çıxardın, soyumağını gözləyin.
Sirop üçün portağal suyunu, qabıqlarını və toz şəkəri qarışdırıb ocağa qoyun, bir az qaynadın. Sirop ilıq olduqdan sonra soyuq keksin üzərinə tökün. Keksi bir az saxladıqdan sonra xidmət etsəniz daha gözəl olar.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 5 368
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri