Bananlı desert

Şərhlər: 7
Baxılıb: 3 036
Səs ver:
(səs: 0)
Tərkibi:
5 banan
1 limon
3 x.q. şəkər tozu
1 x.q. kərə yağı
300-400 q qaymaqlı dondurma
100 q şəkərli peçenye
25 q şokolad

Hazırlanması:

Sobanı 220 dərəcə qızdırın.
Formanı bolluca kərə yağı ilə yağlayın. Bananları təmizləyib hər birini uzununa bölün. Formaya bir lay döşəyin.
Limonun sedrasını sürtgəcdən keçirərək bananların üzərinə səpin. Limonu ortadan bölüb şirəsini bananın üzərinə gəzdirin. Şəkər tozu səpin (çox şirin sevirsinizsə, şəkər tozunun miqdarını artıra bilərsiniz).
Sobada 10 dəqiqə bişirin.
Boşqaba iki dilim qızarmış banan, bir top dondurma qoyun, peçenyenı xırdalayıb üzərinə səpin. Limon şirəsi də əlavə edə bilərsiniz. Şikoladı üzərinə sürtgəcdən keçirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 036
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri