Ərzaqlar: Kərə yağı Şəkər – 200 qr Yumurta – 3 ədəd Un – 265 qr Qabartma tozu – 10 qr Vanil – 10 qr Qara kişmiş – 150 qr Şəkər pudrası – 10 qr Hazırlanması: Yumşalmış yağı mikser ilə çalın. Şəkəri əlavə edib çalmağa davam edin. Yumurtaları bir-bir əlavə edib ( böyük yumurta götürün) çalın. Qarışım köpüb ağarmalıdır. Əgər çürüyən kimi, kefinizi pozmayın, un əlavə edəndə düzələcək. Unu ələyin, qabartma tozu və vanil ilə qarışdırın. Qarışıma əlavə edib çalın, qatı xəmir alınmalıdır. Xəmiri qaşıqla götürən zaman iri hissələrlə düşməlidir. Kişmişləri yuyun və isti suda 2-3 dəqiqə saxlayın. Qurudub una batrın və xəmirə əlavə edin. Yaxşıca qarışdırın. Xəmiri yağlanıb un səpilmiş dördkünc formaya tökün. Yaş bıçaq ilə üstünə bir iki kəsik atın ki, qabarıb forması itməsin. Əvvəlcədən 160c dərəcə qızdırılmış sobada 80 dəqiqədən 1.5 saata qədər bişirin. Bunu hər dəfə qeyd edirəm, yenə deyirəm ki, keksi sobanızın istilik xüsusiyyətinə görə tənzimləyin. Hazır keksin üzərinə şəkər pudrası səpin.