Dadlı Soçi paxlavası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 526
Səs ver:
(səs: 0)
Tərkibi:
3 st. un
200 q otaq temperaturunda yağ
200 q xama
3 yumurtanın sarısı
0,5 ç.q. soda
1/4 ç.q. duz

içi üçün:
2 st. qoz (500 q)
darçın
5-6 ədəd hil
3 ədəd mixək
4 yumurtanın ağı
1 çimdik duz
300 q şəkər tozu
vanil

Üzərinə:
1 yumurta
Yumurtaların ağını sarısından ayırın.
Xamaya soda və duz qatıb qarışdırın. Həcmi artacaq.
Kərə yağını sürtgəcdən keçirib unla ovun. Yumurta sarılarını əlavə edib yenə ovun, sodalı xamanı əlavə edib xəmir yoğurun.
Xəmiri 3 yerə bölün, kündələyin. Bir qaba qoyub ağzını örtün, soyuducuda 30-40 dəqiqə saxlayın.

İçinin hazırlanması:

Qozu ət maşınından keçirin, 150 q şəkər tozu əlavə edib qarışdırın.
Darçın, hil və mixəyi qəhvəüyüdəndə üyüdün, ələyib qoza əlavə edin.
Yumurta ağına 1 çimdik duz və 150 q şəkər tozu əlavə edib çəngəllə çalın. Sonra qozlu qarışığı buraya əlavə edib yaxşıca qarışdırın, iki yerə bölün.

Xəmirin Hazırlanması:
30x20 sm ölçülü teflon örtüklü metal formaya perqament döşəyin.
Soyuducudan kündələrin birini çıxarın. Yastılayıb urfasız (un vurmadan), formanın ölçüsündə yayın. Sonra zərf kimi qatlayın və formanın içinə qoyun. Hamarlayın, için yarısını üstünə bərabər qaydada yayın. Soyuducudan ikinci kündəni çıxarın, əməliyyatı təkrarlayın (yayın, formadakı için üstünə qoyun, için qalanını üstünə döşəyib yayın). Üçüncü kündəni yayıb sonuncu layın üstünə çəkin. Formanın üzərinə dəsmal çəkib soyuducuda yarım saat saxlayın. Sobanı 200 dərəcə C qızdırın.
Paxlavanı soyuducudan çıxarın, tərəfi 5 sm olan kvadratlara bölün, üzərinə yumurta sarısı çəkin, sobada 15 dəqiqə bişirin. Sonra dərəcəni 180-ə endirib daha 30 dəqiqə bişirin. Paxlavanı sobadan çıxarıb soyudun.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 526
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri