Cemli qat-qatlı pirojna

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 945
Səs ver:
(səs: 0)
Tərkibi:
500 q un
250 q soyuq kərə yağı
150 ml xama
vanilli şəkər pudrası (üzərinə)

içi üçün:

istənilən qatı mürəbbə

Hazırlanması:

Unu ələyib xırda doğranmış yağla ovun. Xama qatıb yumşaq xəmir yoğurun. Əgər xəmir bərk alınıbsa, bir qədər də xama qatıb yumşaldın. Qida plyonkasına büküb soyuducuda 1 saat saxlayın (1 gecə saxlayanda daha yaxşı olur).
Əgər xəmir soyuducuda həddən artıq bərkiyibsə, otaq temperaturunda 30 dəqiqə saxlayın.
3-4 yerə bölün.
Un səpilmiş masada 3 mm qalınlıqda düzbucaqlı yayın.
7x7 sm ölçüdə kvadratlara kəsin. Ortasına mürəbbə qoyub boru kimi bükün, kənarlarını bitişdirə də bilərsiniz. Sonra ortasına bir barmağınızı qoyub iki kənarından azca qabağa basın. 200 dərəcə qızdırılmış sobada 15-25 dəqiqə bişirin.
Vanilli-şəkərli pudraya batırın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 8 945
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri