Ananaslı çiçəklər - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 4 092
Səs ver:
(səs: 1)
Ərzaqlar:
500 qr qat-qat xəmir
800 qr dairəvi ananas konservi
1 x/q un
1 ədəd yumurta
Giləmeyvə, marmelad və ya mürəbbə
Şəkər kirşanı
Zövqə görə darçın

Hazırlanması:
Ananasları suyunu çəkməsi üçün salfetin üzərinə düzün. Üzərinə şəkər kirşanı səpib 10 dəqiqə gözləyin.
Qat-qat xəmirin donunu açıb 5mm qalınlığı 1-1,5 sm enində dördkünc formada yayın. Zövqə görə ananasın üzərinə darçın səpin. Və şəkildəki kimi bükün. Soba nimçəsinə qənnadı kağızı sərib yağlayırıq. Üzərinə çalınmış yumurta sarısı çəkirik və 180-200 C dərəcə qızdırılmış sobada qızılı rəng olana qədər bişiririk.

Ananaslı çiçəklər - foto resept









Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri