Pişik dili peçenye ilə şokoladlı ekler

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 4 570
Səs ver:
(səs: 2)
Tərkibi:
12 ədəd üçün:
1 paket pişik dili peçenye
2 su stəkanı süd
Kremi üçün:
3 yemək qaşığı un
3 su stəkanı süd
1 ədəd yumurta
2 çay stəkanı şəkər
1 paket labne pendiri
1 paket vanil
Digər ərzaqlar:
1 paket şokolad sous
Süd

Hazırlanması
İlk olaraq kremi hazırlayaraq. Bir qazana un və şəkəri töküb qarışdıraq.
İçinə yumurta və südü əlavə edib bişirək. Altını söndürüb soyumağa qoyaq. Içinə vanil və labne pendirini qoyub 5 dəqiqə mikserləyək.
Şokolad sosuda üstündə yazan südlə hazırlayıb soyumağa qoyaq.
Çuxur bir qaba südü qoyub, pişik dili peçenyeləri südə batırıb tavaya yan yana düzək. yarısını düzdükdən sonra üstlərinə kremi çəkək.
Qalan peçenyeləri də eynilə düzək. Üstlerinə qalan kremi yayıb biraz donmasını gözləyək. Üzərinə şokolad sousu tökək.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 570
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri