Çiyələkli toplar - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 23
Baxılıb: 4 620
Səs ver:
(səs: 4)
Ərzaqlar:
200 qr peçenye
90 qr kərə yağı
150 qr kəsmik (ev kəsmiyi)
20 qr kokos yonqarı
2 x/q şəkər kirşanı

Hazırlanması:
Peçenyeləri kiçik hissələrə bölüb blenderdə xırdalayırıq. Xırdalanmış peçenyeləri bir qaba qoyuruq və yağı əridərək peçenyelərin üzərinə tökürük. Yaxşıca qarışdırırıq. Sonra isə kəsmik və şəkər kirşanını əlavə edirik. Qarışdırıb xəmir yoğururuq.
Təzə çiyələkləri yuyub təmizləyirik. Xəmirdən elə də böyük olmayan ( təxminən qoz boyda) hissə qoparıb dairə formasına salırıq. Sonra yastılayıb ortasına çiyələk qoyuruq və yenidən səliqə ilə dairə formasına salırıq. Beləliklə bütün xəmiri bu üsul ilə düzəldirik. Hər bir dairənin hər tərəfini kokos yonqarına batırırıq və nimçəyə qoyub 20 dəqiqə soyuducuda saxlayırıq.

NUŞ OLSUN!

Çiyələkli toplar - foto resept

















(səs: 4)
Şərhlər: 23
Baxılıb: 4 620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri