Fransız peçenyesi Sable - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 8 525
Səs ver:
(səs: 4)
Ərzaqlar:
Yumurta – 3 ədəd
Kərə yağı – 220 qr
Qəhvəyi şəkər – 4 x/q
Vanil – 1 çimdik
Duz
Kakao – 1 x/q
Un (ağ xəmir üçün -140qr, kakaolu xəmir üçün 130qr) – 270 qr

Fransız peçenyesi Sable - foto resept













Hazırlanması:
Yumurtanı bişirib ağını sarısından ayırırıq. Ağı lazım olmayacaq. Sarısını çəngəl ilə yaxşıca əzirik. Yumşalmış kərə yağını qəhvəyi şəkər, duz, vanil və əzilmiş yumurta sarısı ilə qarışdırırıq. Alınmış kütləni iki hissəyə ayırırıq. Bir hissəsinə kakao əlavə edirik. Sonra unu əlavə edib iki cür xəmir yoğururuq. Ağ və kakaolu xəmiri eyni ölçüdə yayırıq, kakaolu xəmirin üzərinə ağ xəmiri qoyub üzərindən yüngülcə basırıq ki, yapışsın bir birinə . 30-40 dəqiqə soyuducuda saxlayırıq. Kənarları düz olsun deyə bıçaqla kəsirik. Uzununa 4 hissəyə kəsirik. İki hissəni bir birinin üzərinə elə qoyuruq ki, ağ xəmir qaranın, qara xəmir isə ağın üzərinə düşsün. 1 sm qalınlığında hissələrə kəsirik. Qənnadı kağızı sərilmiş soba nimçəsinə düzüb 180-190 C dərəcədə 10-15 dəqiqə bişiririk.

NUŞ OLSUN!
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 8 525
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri