Spartak tortu resepti

Müəllif: Aylin...
Şərhlər: 4
Baxılıb: 11 362
Səs ver:
(səs: 3)
Ərzaqlar:
Krem üçün:
Süd – 500 ml.
Yumurta – 3 ədəd
Un – 3 x.q.
Nişasta – 1 x.q.
Vanilin – 1 paket
Şəkər tozu – 150 qr.
Kərə yağı – 150 qr.

Xəmir üçün:
Yumurta – 1 ədəd
Süd – 2 x.q.
Şəkər tozu – 150 qr.
Soda – 1 ç.q.
Bal – 3 x.q.
Kakao – 2 x.q.
Kərə yağı – 50 qr.
Un – 400 qr

Hazırlanması:
Əvvəlcə kremi hazırlayaq: Qazançada kərə yağından başqa bütün krem üçün lazım olan ərzaqları qarışdıraq, vam odda qatılaşana kimi bişirək. Oddan götürüb kərə yağını da tökək və qarışdıraq ki, həll olsun. Otaq temperaturunda soyudaq. İndi xəmiri hazırlayaq: Un və kakaodan başqa bütün ərzaqlar qarışdırılır. Vam odda 10-15 dəqiqə bişirilir. Oddan götürüb içinə 2 x.q. kakao tökürük və qarışdırırıq. Sonra unu əlavə edirik, qarışdırırıq. 20-30 dəqiqə bir kənarda saxlayırıq ki, xəmir qatılaşsın.
Sonra xəmiri 5 bərabər hissəyə bölürük. Kündələri düzbucaqlı formasında açırıq – 20x25 sm. Əvvəlcədən isidilmiş sobada hər birini 200 dərəcədə 5 dəqiqə bişiririk.
İndi 4 korjun hər birinin üzərinə bol krem çəkirik. Sonuncu 5-ci korju qoyub, üzərindən bol qlazur gəzdiririk. Gecədən səhərə kimi soyuducuyda saxlayırıq.

Nus olsun! :xeyal:
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 11 362
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri