Qozlu burma bulkalar - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 11
Baxılıb: 22 589
Səs ver:
(səs: 4)
Ərzaqlar:
Xəmir üçün:

1 kq un
130 qr şəkər
2 ç/q duz
20 qr maya
500 ml ilıq süd
150 qr yumşalmış kərə yağı
2 x/q iysiz günəbaxan yağı
2 yumurta
Vanil

İçlik üçün:
50 qr kərə yağı
200 qr xırdalanmış qoz, fındıq (zövqə görə, kişmiş də əlavə etmək olar)
80 qr şəkər
Bir az süd ( içliyi azca yumşaltmaq üçün)
1 ç/q darçın ( zövqə görə)

Qozlu burma bulkalar - foto resept









Hazırlanması:
Unu iri bir qaba ələyirik. Kənarda mayanı ilıq süd ilə qarışdırırıq. Şəkər və vanil əlavə edirik. Yumurtanı da əlavə edib yaxşıca çalırıq. Bu qarışımı unun üzərinə əlavə edirik, duz və yumşalmış yağı da əlavə edib elastik xəmir yoğururuq. Üzərini örtüb iki saata yaxın isti bir yerə acımas üçün qoyuruq.
Bu vaxt ərzində içliyi hazırlayırıq. Yağı əridirik, şəkəri, xırdalanmış qoz-fındığı (qovrulmuş da ola bilər) əlavə edirik. Qarışdıra-qarışdıra qatı sıyıq kimi olana qədər süd əlavə edirik.
Xəmiri dörd künc formada yayırıq, içliyi qoyub əvvəlcə bir tərəfini, sonra isə digər tərəfini ortaya doğru qatlayırıq. Uzununa hizzələrə kəsirik, burub qənnadı kağız sərilmiş soba nimçəsinə düzürük və 20 dəqiqə isti bir yerdə özünü tutması üçün gözləyirik. Əvvəlcədən 200C dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişiririk.

Nuş olsun!
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 22 589
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri