Əncir qurusundan konfet resepti

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 4 809
Səs ver:
(səs: 1)
Tərkibi (25-30 ədəd):
1 st. kişmiş
10-12 ədəd əncir qurusu
5 İran xurması
1/4 st. xırdalanmış badam, yaxud fıstıq
2 x.q. zeytun yağı
2 x.q. şəkər tozu
1 ç.q. vanilli şəkər tozu
bəzək üçün şəkər pudrası

Hazırlanması:
Kişmiş, əncir qurusu və xurmanı soyuq suda 1 gecə, yaxud isti suda 4 saat saxlayın. Suyu süzüb meyvə qurularını püre halına gələnədək xırdalayın.
Badamı (fıstığı) doğrayıb orta itilikli odda 5 dəqiqə qovurun.
Qalın dibli tavanı qızdırın, zeytun yağı tökün, quru meyvələrdən hazırladığınız püreni əlavə edib orta itilikli odda 10-15 dəqiqə, qatılaşınca bişirin. Xırdalanmış badamı, şəkər tozu və vanilli şəkəri əlavə edib daha 10 dəqiqə bişirin.
Düzbucaqlı formanı azca yağlayın və kütləni içinə bərabər yayın.Bir qədər qurumağını gözləyin. Sonra balaca kvadratlara bölün. Üzərinə şəkər pudrası səpib süfrəyə verin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 809
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri