TWix tortu

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 4 542
Səs ver:
(səs: 3)
Tərkibi:
Sous:

1 banka qatılaşdırılmış süd
125 q kərə yağı
30 ml ağcaqayın siropu (duru bal da olar)

Xəmir:

200 q un
100 q kərə yağı
100 q şəkər tozu

Qlazur:

200 q şokolad

Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün kərə yağını şəkər tozu ilə çalın, sonra un əlavə edin. Umac alınacaq. Bunu siniyə qoyun. Üstündən basıb hamarlayın, 160 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişəndən sonra soyudun.Sous üçün lazım olan ərzaqları qazanda qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndə ocağı azaldıb karamel rəngi alanadək bişirin (açıq-qəhvəyi rəngdə olacaq).
Sousu isti-isti biskvitin üstünə tökün, hamarlayın. Şokoladı su hamamında əridib üzərinə çəkin. Soyuyanda kvadrat, yaxud uzunsov batonlara bölün.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 4 542
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri