«Qarışqa yuvası» tortu - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 7 261
Səs ver:
(səs: 2)
Ərzaqlar

Xəmir:
200 qr xama (20%)
200 qr kərə yağı
100 qr şəkər tozu
400-500 qr un
2 ç/q qabartma tozu

krem:
1 banka bişmiş qatılaşdırılmış süd (380 qr)
200 qr kərə yağı

«Qarışqa yuvası» tortu - foto resept
























Hazırlanma qaydası
İlk öncə soba 180°C -dək qızdırılır. Xəmirin hazırlanması üçün böyük kasada xama, yumşaldılmış kərə yağı və şəkər tozu qarışdırılır. Ardınca un və qabartma tozu əlavə edilərək qum kimi xəmir yoğrulmağa başlanılır. «Qum kimi» xəmirin hazırlanmasında un tədricən əlavə edilir – ilk dəfə 400 qr – qarışdırılır. Əgər xəmir biraz sulu alınarsa daha 50 qr un əlavə etmək olar, lazım gələrsə sonra yenidən 50 qr əlavə edilir. İndi isə ən maraqlısı. Klassik variantda xəmir ət-çəkəndən keçirdilir və yağlanmış tavaya xırda kündələrlə düzülür. Əgər ət-çəkəniniz yoxdursa, o zaman əlnən xəmirdən kiçik kürəciklər qopardaraq tavaya düzə bilərsiniz (tava öncə kərə yağı ilə yağlanmalı və yaxud bişirmə kağızından istifadə edilməlidir). Peçenya 180°C temperaturunda təqribən 10-15 dəqiqə qəşəng qızaranadək bişirilir. Peçenya hazır olana qədər kremin hazırlanması ilə məşğul olmaq olar. Bunun üçün yumşaldılmış kərə yağı və bişmiş qatılaşdırılmış süd qarışdırılır. Burada heç bir çətin üsul yoxdur – sadəcə kasada qarışdırılaraq bir müddətlik soyuducuya yerləşdirilir.
Hazırlanmış və soyudulmuş peçenyaları əlnən bir qədər parçalamaq olar. Burası əslində zövqdən asılıdır. Bəziləri iri peçenya hissələri sevir, digərləri xırda.

Xırdalanmış peçenya hissələri kremlə birgə bir kasada yaxşı qarışdırılır.

Alınmış kütlənin hamısı «dağ» formasında boşqaba qoyulur və 1 saatlıq soyuducuya yerləşdirilir. Zövqə görə üzərinə əridilmiş şokolad, sürtkəcdən keçirdilmiş ləpə və şokolad əlavə etmək olar.

Eyni zamanda, əlavələr olmasa belə tort möhtəşəmdir!
Nuş olsun!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 7 261
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri