Ürək şəkilli vafli peçenye resepti

Müəllif: Narın Yağış
Şərhlər: 2
Baxılıb: 3 145
Səs ver:
(səs: 1)
Tərkibi:
2 ədəd yumurta
200 qram yumşaldılmış kərə yağı
qatılaşdırılmış süd
1 stəkan un
2 x.q şəkər tozu
0,5 ç.q. soda
vanil
duz

Hazırlanması:

Əvvəlcə kərə yağını kənara qoyun yumşalsın. Başqa bir qabda yumurta ilə şəkər tozunu mikserlə yaxşıca çalın. Yumşalmış kərə yağını üzərinə əlavə edib, qarışdırmağa davam edin. Daha sonra yavaş-yavaş süd və vanili əlavə edib qarışdırın. Bu müddətdə başqa qabda un, soda və duzu qarışdırıb, duru kütləyə əlavə edin.

Vafli formasını qızdırın. Azca yağlayın. Formanın ölçüsündən asılı olaraq, ortasına bir qədər xəmir tökün. Qapağını bağlayın. Kütlə formanın içində özü yayılacaq.

Vaflinin hər iki tərəfi qızılı rəng alanadək bişirin. Formadan çıxarıb, kənara qoyun. Vafli hazırdır. Servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 145
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri