Butulkada tiramusu resepti

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 2 664
Səs ver:
(səs: 0)
Tərkibi:
250 q maskarpone
50 q şəkər tozu
250 ml qaymaq
6 ədəd savoyardi peçenyesi
2 yumurta
200 q giləmeyvə
200 ml qəhvə
500 q südlü şokolad

Hazırlanması:

Yumurta sarılarını şəkər tozu ilə çalın.

Yumurta ağlarını isə qaymaqla və maskarpone ilə çalın. Sonra hər iki kütləni bir-birinə qatın.

İki plastik butulkanın yuxarı dar hissəsini kəsin, bir növ uzun badə kimi.

Sonra isə bu "badə"lərin divarının bir tərəfini kəsin, şəkildə göstərilən qaydada birləşdirin.

Formanın yarısınadək kremi tökün. Kənarlarına giləmeyvə düzün.

Savoyardi peçenyelərini qəhvəyə batırıb giləmeyvənin üstündən düzün. Kremin qalanını çəkin, kənarlarına giləmeyvə düzüb peçenyenin qalanını qəhvəyə batıraraq düzün.

Soyuducuda 3 saat saxlayın. Onu formadan çıxarmaq üçün sadəcə butulkaların kənarlarından tutub əks istiqamətdə çəkmək lazımdır.

Şokoladı su hamamında əridib desertin üzərinə çəkin. Giləmeyvə ilə bəzəyin.

Butulkada tiramusu resepti















Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 664
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri