Biskvitli moruqlu piroq resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 546
Səs ver:
(səs: 1)
Tərkibi:
Un - 200 q.
Yumurta - 3 ədəd
Şəkər tozu - 100 q.
Kərə yağı - 125 q.
Qabartma tozu - 1 ç. q.
Xama - 2 x. q. 20 % - li
Vanil - 1 ç. q.
Moruq - 200 q.

Hazırlanması:
Əvvəlcə 3 ədəd yumurtanın ağını sarısından ayırın.
Ayırdığınız ağları mikser qabına tökün və üzərinə şəkər tozunun yarısını əlavə edin və möhkəm çalın.
Sarılarını isə, tamamilə kənar bir qaba tökün.
Reseptimizdə yumurta sarılarından istifadə etməyəcəyimiz üçün nə istəsəniz, onu da bişirə bilərsiniz.
İndi kərə yağı ilə şəkər tozunu mikserlə yaxşı-yaxşı qarışdırırıq.
Sonra xama və vanilin əlavə edib yenidən qarışdırırıq.
İndi unun yarısını və qabartma tozunu da əlavə edirik.
Sonra çalınmış yumurta ağını əlavə edib yenidən qarışdırırıq, amma qaşıqla.
İndi unun ikinci yarısını əlavə edin və yenə də qaşıqla qarışdırın.
Diametri 21 və ya 24 olan soba qabını kərə yağı ilə yağlayırıq, un səpirik və xəmirimizi içinə əlavə edirik.
Sonra moruqları da xəmirin üzərinə düzürük.
Əgər moruqda turş dad çox hiss olunursa, onda piroqun üzərinə 1 x. q. şəkər tozu əlavə edin.
Və sonra əvvəlcədən isidilmiş soboya yerləşdirin.
Piroq 180 dərəcədə 25 - 30 dəqiqə hazır olana qədər bişirilir.
Son da üzərinə şəkər kirşanı da səpə bilərsiniz.
Dadlı moruqlu piroqumuz hazırdır!

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 546
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri