Bananlı-şokoladlı desert - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 3 564
Səs ver:
(səs: 1)
Ərzaqlar:
Şokolad -110 qr
Kəsmik – 200 qr
Vafli – 2 ədəd
Kərə yağı – 60 qr
Banan – 1,5 ədəd

I variant
Bananlı-şokoladlı desert - foto resept







II variant










Hazırlanması:
Vaflini blenderdə xırdalayırıq. Kəsmiyi çəngəl ilə əzirik. Xırdlanmış vaflini kəsmiyə əlavə edib qarışdırırıq.
90qr şokoladı bir qaba qoyub kərə yağını əlavə edərək əridirik. Yaxşıca qarışdırırıq. Ərimiş şokoladı kəsmikli qarışıma əlavə edirik və yaxşıca qarışdırırıq. Şirin sevənlər şəkər pudrası da əlavə edə bilərlər.
Bu qarışımı iki üsulda hazırlaya bilərsiniz.
1)Qarışımı qida plyonkasına eyni bərabərdə çəkirik, üzərinə banan qoyub kolbasa formasında bükürük və bərkiməsi üçün 20 dəqiqə soyuducuda saxlayırıq.

2)İkinci üsülda isə bananı halqa halqa doğrayırıq. Şokoladlı-kəsmikli qarışımdan kiçik bir hissə qoparırıq , əlimizlə yastılayıb ortasına bir dilim banan qoyuruq və dairə formasına salırıq. Həmçinin 20 dəqiqə soyuducuda saxlayırıq.
20 dəqiqə keçdikdən sonra qalan 20qr şokoladı sürtgəcdən keçirirk və hazırladığımız şarikləri və ya kolbasanın hər tərəfini şokolada bulayırıq.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 564
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri