Peçenyelərdən hazırlanan "squşonka" piroqu resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 4 168
Səs ver:
(səs: 2)
Ərzaqlar:
Kərə yağı – 80 qr.
"Yubiley” peçenyesi – 350 qr.
Yumurta sarısı – 3 ədəd
Qatılaşdırılmış süd – 400 ml.
Limon – yarım dənə

Hazırlanması:
Peçenyelər paketə yığılır, üstündən basılaraq əzilib narın edilir. Qaba qoyulub, üzərinə otaq hərarətində yumşaldılmış və xırdalanmış kərə yağı əlavə olunub, yaxşıca qarışdırılır.
Soba üçün dairəvi formaya xəmir hamar yayılır, kənarları 2 sm. yuxarı qatlamış vəziyyətdə olur. 180 dərəcədə 15 dəqiqə bişirilir.
O bişənə kimi, içlik hazırlanır. Yumurta sarıları çalınır, bura qatılaşdırılmış süd ("squşenka”) əlavə olunur. Mikserdə yüngül çalınır, yarım limonun suyu sıxılır.
Sobadan xəmir çıxarılır, içlik yayılır. Yenidən sobaya qoyulub, daha 10 dəqiqə bişirilir. Sobadan çıxarıb istədiyiniz giləmeyvə ilə dekor edə bilərsiz.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 168
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri