Qubαlı qızındαη ☞ Sadə almalı piroq resepti ☜

Müəllif: Efsuw2016
Şərhlər: 9
Baxılıb: 5 195
Səs ver:
(səs: 1)
Meyvəli tez hazırlanan asan və dadlı piroq resepti ilə tanış olun.

Ərzaqlar:
Yumurta -1 ədəd
Şəkər tozu -0,5 stəkan
Yağ -125 qram
Un 2,5-3 st
Vanil
Qabartma tozu
İçi üçün
3-4 orta ölçülü alma
3 xörək qaşığı şəkər tozu
Qoz -100 q

Hazırlanması:
Almalar qabığından təmizləndikdən sonra, sürtgəcin böyük gözündən keçirilir. Zövqə görə almalar turş və ya şirin götürülə bilər. Üzərinə 3 x.q şəkər tozu əlavə edilir və ocağın üstünə qoyulur. Təqribən 2-3 dəqiqə ərzində şəkər tozu əriyənə qədər qarışdırılır. Sonra ocağın altını söndürüb, içlik soyumağa qoyulur. Soyuduqdan sonra qoz xırda -xırda doğranıb, içliyin üzərinə əlavə edilir.

Keçək xəmirin hazırlanmasına:
1)Yumurta və şəkər tozu qarışdırılır.

2) Otaq temperaturunda yumşalmış yağ əlavə olunub, yenidən qarışdırılır.

3)Vanil, qabartma tozu və un ələnib, qarışımın üzərinə səpilib, qarışdırılır.

Yumşaq xəmir alınır. Xəmir 2 hissəyə ayrılıb, soyuducuda yarım saat gözlədilir. Piroqu bişirmək üçün, soba sinisinə, yağlı kağız yerləşdirilir. Xəmirin birici kündəsi sürtgəcdən keçirilir. Üzərinə içlik tökülür. Qalan xəmir də sürtgəcdən keçirilib içliyin üzərinə səpilik

Piroq 180 dərəcə qızdırılmış sobada, 30-35 dəqiqə ərzində bişirilir.

Nuş olsun ...!:)
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 5 195
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri