Klassik Cheesecake resepti

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 3 774
Səs ver:
(səs: 1)
Tərkibi:
250 qr adi peçenye
80 qr kərə yağı

Krem üçün:
1 kq qaymaqlı pendir(mascarpone)
240 qr xama
5 qr vanil
5 yumurta
8 qr qarğıdalı nişastası
1 çimdik duz
1 limon qabığı

Hazırlanması:
Peçenyeləri doğrayıcıda üyüdün. Otaq temperaturunda olan əridilmiş kərə yağını əlavə edib, bir az daha doğrayıcıda qarışdırın. Qarışımı siniyə əlavə edərək, əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 15 dəqiqə bişirin. Bişdikdən sonra soyuması üçün bir kənara qoyun. Bir qaba qaymaqlı pendiri əlavə edib qarışdırın. Qarışdırmağa davam edərək, üzərinə şəkər tozu, vanil, qarğıdalı nişastası, duz əlavə edin. Daha sonra tək-tək yumurtaları və sürtgəcdən keçirilmiş limon qabığını əlavə edin. Qarışdırmağa davam edərək vanil və xamanı da əlavə etdikdən sonda 2 dəqiqə də qarışdırıb mikseri söndürün. Hazırladığımız kremi soyumuş biskivitin üzərinə yayın. 150 dərəcəlik sobada 45-55 dəqiqə bişirin. 55-dəqiqədən sonra sobanı söndürüb biskivitin sobada soyumasını gözləyin. 1 saatdan sonra sobadan çıxarıb sinidən çıxarın. Üzərini moruqla bəzəyib, üzərinə bir qədər şəkər pudrası səpdikdən sonra servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 774
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri