Almalı piroqun ASAN RESEPTİ

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 5 819
Səs ver:
(səs: 2)
Bəzən çay içmək üçün ləzzətli və fərqli bir şirniyyat yemək istəyirik. Qadinla.com dadlı və yumşaq piroqun reseptini təqdim edir.

Lazım olanlar:
125 qr kərə yağı
100 ml zeytun yağı
5 stəkan un
1 stəkan qatıq
1 yumurta
1 stəkan şəkər tozu
Vanil
Qabartma tozu

Cem üçün lazım olanlar:
2 qırmızı alma
1,5 xörək qaşığı şəkər tozu
1 çay qaşığı darçın

Cemin hazırlanması:
Almaları doğrayın və şəkər tozu ilə birlikdə qarışdırın. Darçını da əlavə etdikdən sonra suyunu çəkənə qədər bişirin.

Almalı tortun hazırlanması:
Undan başqa bütün ərzaqları bir qabda qarışdırın. Yavaş-yavaş unu əlavə edərək ələ yapışmayan bir xəmir yoğurun. Hazırladığınız xəmirdən üzərinə qəfəs hazırlamaq üçün bir az ayırın. Digər hissəsini yuvarlaq bir formada yayın və alma cemini onun üzərinə əlavə edin. Ən sonda ayırdığınız xəmir ilə kiçik lentlər hazırlayın və alma piroqunun üzərinə qəfəs şəkildə bağlayın. Əvvəlcədən qızdırılmış 180 -lik sobada qızarana qədər 25-30 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 5 819
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri