Fıstıq şirniyyatı RESEPTİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 2 806
Səs ver:
(səs: 3)
Materiallar (6 nəfərlik);
4 yemək qaşığı şam fıstığı,
3 ədəd yumurta,
3 xörək qaşığı ərinmiş kərə yağı,
3 yemək qaşığı un,
3 yemək qaşığı üyüdülmüş qoz,
4 ədəd döyülmüş toz qərənfil.(mixək)

Şərbəti üçün;
3 su stəkanı şəkər,
3 su stəkanı su,
Yarım limonun suyu.

Hazırlanması:
İlk olaraq yumurtaların sarılarını və ağlarını ayırın.

Yumurta sarılarını yaxşıca çırpın və içinə un, kərə yağı, qoz və mixək əlavə edib yaxşıca qarışdırın.

Yumurta ağlarını da ağappaq olana qədər çırpın və digər qarışığa əlavə edin.

Yağlanmış soba qabına, bütün qarışığı tökün və üzərinə fıstıqları səpin.

170 dərəcədə, yaxşıca qızarana qədər bişirin.

Şərbəti üçün, bütün materialı bir qazana qoyub, qaynadın.

Şərbəti əvvəlcədən hazırlamanızda fayda var. Sobadan çıxan isti şirniyyata soyuq şərbəti tökün.

Şərbəti yaxşıca canına çəkəndə,şirniyyati servis edə bilərsiz.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 806
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri