Cəmi 10 Dəqiqəyə Hazırlanan Tort

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 3 932
Səs ver:
(səs: 0)
Hazırlanması asan, dadı ləzzətli, bişirilməyə ehtiyac olmayan tort hazırlamaq istəyirsiniz? Qadinla.com şaftalı tortunun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:
400 ml (2 qutu) qaymaq
200 q qaymaq pendiri
5 yemək qaşığı şəkər tozu
1 paket vanil
1 paket qovrulmuş peçenye
2 ədəd şaftalı

Hazırlanması:
Şaftalıların qabığını soyub incə-incə dilimləyin. Dərin qaba öncə qaymağı tökün, mikserlə çalın. Üzərinə qaymaqlı pendir, şəkər tozu, vanil əlavə edib qarışdırmağa davam edin. Şəkər tozu tamamilə həll olunmalıdır. Daha sonra yarım saat soyuducuda saxlayıb, tortu hazırlamağa başlaya bilərsiniz.

Tortu hazırlayacağınız qaba öncə peçenyeləri düzün. Üzərindən bir qat qaymaq çəkin. Dilimdəyiniz şaftalıları da düzüb bir qat daha peçenye yerləşdirin. Daha sonra yenə qaymaq çəkib eyni cür prosesi təkrarlayın. 2 saat soyuducuda saxlayıb servis edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 932
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri