Karamelli tort

Müəllif: Aylin...
Şərhlər: 8
Baxılıb: 6 318
Səs ver:
(səs: 2)
Tərkibi:
1 yumurta
2 xörək q. şəkər
2 xörək q. un
500 qram 33%-li qaymaq
300 qram bişmiş qatılaşdırılmış süd
10 qram jelatin
1 paket vanil

Hazırlanması:
Yumurtanı şəkərlə mikserlə çalın. Vanili unla qarışdırın və yumurtaya əlavə edib qaşıqla qarışdırın. 1
Əvvəlcədən sobanı 180 dərəcə qızdırın. 2
Ölçüsü 20 sm olan soba qabına qida kağızı qoyun və biskviti 15 dəqiqə bişirin. 3
Krem hazırlamaq üçün qaymaqla bişmiş südü qarışdırın və aşağı odda süd həll olanadək qarışdırın. Jelatini də paketin üstündə yazılmış qaydada suda isladın və qaynamaq istəyənə qədər aşağı odda qarışdırın. Ancaq qaynamamalıdır. Kremə əlavə edin. Krem soyuduqdan sonra mikserlə çalın. 4
Biskviti qabdan çıxartmadan üzərinə kremi tökün. 1 neçə saat soyuducuda saxlayın. 5
Servis edərkən öz zövqünüzə görə bəzəyə bilərsiniz.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 6 318
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri