Qarışqa yuvası toru 2 reseptlə

Müəllif: Meleknur
Şərhlər: 6
Baxılıb: 3 453
Səs ver:
(səs: 1)
Adı və unudulmaz dadı çoxumuza tanış olan Qarışqa yuvası tortunun asan və ən asan hazırlanma qaydaları ilə tanış olun.

Tərkibi:

I Qayda

125 qr kərə yağı
1 ədəd yumurta
4 x/q şəkər tozu
4 x/q süd
3 stəkan un
100 qr qoz
1 qab bişmiş qatılaşdırılmış süd
II Qayda

500-600 qr yubileynoe peçenyesi
1 qab bişmiş qatılaşdırılmış süd
100 qr kərə yağı
2 x/q xama
50 qr qoz

Hazırlanması:

I Qayda

Şəkər tozu və yumurtanı qarışdırıb, üzərinə əridilib, soyudulmuş yağ və süd tökürük. Unu da əlavə edib, xəmir yoğururuq. Xəmiri 2-3 kündəyə ayırıb, bərkiyənədək dondurucuda saxlayırıq. Sonra kündələri soyuducudan çıxardıb, sürtgəcin iri gözündən keçiririk. Rəndələdiyimiz xəmir qırıntılarını perqament kağız sərilmiş soba sinisinə töküb, 160 dərəcə isidilmiş sobada təxmini 10-15 dəqiqə qızılı rəngə çalanadək bişiririk. Bu müddətdə qozu xırda doğrayırıq. Sobadan çıxmış qırıntıları bişmiş qatılaşdırılmış süd və doğranmış qozla qarışdırıb, təpə şəkilinə gətiririk. Asan və dadlı Qarışqa yuvası tortu hazırdır.

II Qayda

Peçenyeləri dərin bir qaba töküb, əlinizlə kiçik hissələrə bölün. Qatılaşdırılmış süd, kərə yağı və xamanı mikserlə çalın. Böldüyünüz peçenye qırıntılarını bu kütləyə töküb, yaxşıca qarışdırın. Üzərinə xırda doğranmış qoz tökün. Kütləni geniş bir boşqaba təpə şəklində yığın. Üzərini zövqə görə bəzəyin. Tortu 30 dəqiqəə soyuducuda saxladıqdan sonra süfrəyə verin.

NUŞ OLSUN!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 453
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri