Lokumu evdə özünüz hazırlayın - ASAN RESEPT

Müəllif: Barbaris
Şərhlər: 11
Baxılıb: 4 171
Səs ver:
(səs: 1)
Ərzaqlar:

1 kq şəkər tozu
Yarım litr su
1 yemək qaşığı limon suyu
1 stəkan nişasta
Yarım stəkan su
2 qr krem tartar (tartarik turşunun duzu)

Üstü üçün:

1 stəkan pudra şəkəri

Hazırlanması:

Şəkər tozunu və yarım litr suyu qazanın içində qaynadın. Yaxşıca qaynamağa başlayanda içinə limon suyunu tökün.

Başqa qabda bir stəkan nişastanı və yarım stəkan suyu qarışdırın. Bunu qaynatdığınız suyun içinə əlavə edərək, qarışdırmağa davam edin. Son olaraq krem tartarı tökün. Bir az qatılaşanda ocaqdan götürüb bir siniyə yayın və soyumağa qoyun.

Soyuyan lokumları kvadrat şəklində kəsin və pudra şəkərinə batırın.

Nuş olsun
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 4 171
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri