Bananlı sevgi tortu - BELƏ HAZIRLAYIN

Müəllif: Barbaris
Şərhlər: 10
Baxılıb: 4 960
Səs ver:
(səs: 1)
Lazım olanlar

3 ədəd yumurta
1 stəkan süd
1 stəkan duru yağ
1 stəkan şəkər tozu
1 stəkan yarım un
Yarım stəkan buğda nişastası
1 paket vanil
1 paket qabartma tozu
2 xörək qaşığı kakao
3 ədaəd banan

Pudinqi üçün:

2 stəkan süd
2 xörək qaşığı qarğıdalı nişastası

Yarım stəkan şəkər tozu

Krem şanti üçün:

1 stəkan yarım süd
1 paket krem şanti

Hazırlanması:

Yumurtalar dərin bir qabın içərisində ağ köpük olana qədər çırpılır. Daha sonra şəkər tozu əlavə edilir və əriyənə qədər çırpmağa davam edilir. Vanil, süd və duru yağ da tökülüb çırpıldıqdan sonra, qalan quru vasitələr də ələnərək əlavə edilib qaşıqla qarışdırılır. Hazırlanan keks xəmiri, yuvarlaq keks qəlibinə boşaldılır və öncədən qızdırılan 180 dərəcəlik sobada 15 dəqiqə bişirilir.

Pudinqi üçün süd, nişasta və şəkər tozu qazana tökülüb qarışdırılaraq krem halına gələnə qədər bişirilir.

Krem şanti hazırlaır və marmelad da soyuduqdan sonra içərisinə tökülüb yaxşıca qarışdırılır. Keks soyuduqdan sonra ürək formasında kəsilir, ortası hovuz kimi oyulub açılır və içinə doğranmış bananlar yerləşdirilir. Bananların üzərinə, hazırlanan krem tamamilə boşaldılır. Qalan keks parçaları xırda doğranılır və tortun üzərinə səpilir.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 4 960
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri